"Miss Türkiyə"nin  qalibi: Həyatımın sevgisinə rahatlıqla "bəli" deyirəm!

"Miss Türkiyə 2017"-nin qalibi Aslı Sümen bir müddətdir birlikdə olduğu Kris Ban ilə ailə qurur. 

Sherg.az xəbər verir ki, Sümen evlilik təklifi aldığı anları sosial media hesabında paylaşıb.

Sümen paylaşımında, "Həyatımın eşqinə ən asan bəli. Bu il bitərkən 2023-cü ildən ən sehrli anı paylaşmaq istədim. Kris birinci ildönümümüzdə mənə evlilik təklifi etdi. Xeyr, planlı deyildi,ağ geyinməyim tamam bir təsadüfdür, indi həyatımın ən gözəl anlarından biridir"-deyə bildirib.