Müəllim şagirdi xilas etdi
13:50 06.01.2024
Hadisə
437
Nəfəs borusunda yemək tikəsi qaldı
Bir şey yeyərkən çörək qırığı, ya da bir tikənin nəfəs borusuna qaçması halları hamıda baş verir. Bu zaman öskürək, nəfəs darlığı, asqırmaq kimi hallar yaşanır. Bəzənsə bu cür hallar hətta ölümlə də nəticələnə bilir. Boğazında peçenye qırığı qalan uşaqlar arasında ölüm hallarına da təəssüf ki rast gəlinir. Bu, yemək qırığının qida borusuna deyil, nəfəs borusuna qaçması halıdır ki zamanında müdaxilə edilməzsə, fəsadları ağır ola bilər. Türkiyənin Qaziantep şəhərində Münifpaşa orta məktəbinin direktoru şagirdlərdən birini ölümdən xilas edib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, tənəffüs zamanı 5-ci siniz şagirdi Muhəmməd Fatih İsmayılın nəfəs borusuna yemək qaçıb. Şagirdin öskürdüyünü, çırpındığını görən müəllimlər təlaşa düşüb. Səs-küyə gələn məktəb direktoru Cengiz Temiz şagirdə cəld Heymlix üsulunu tətbiq edib. Bununla da şagird xilas edilib. Həmin anlar mıktəb kamerası tərəfindən qeydə alınıb.
Mütəxəssislər bildirir ki, nəfəs borusuna yad bur cism düşdükdə onu kənarlaşdırmaq üçün ilkin tbbi yardım tətbiq edilməlidir. Bunun ən sadə yolu Heymlix üsuludur. Üsul adını alman alimindən alıb. Üsulun tətbiqi zamanı bir nəfər nəfəs borusuna yad cisim qaçmış adamın arxasında dayanmalı və onun bədənini qurşaqdan irəliyə doğru əyməli, bir əlinin barmaqlarını yumruq şəklində bükərək kürəyin ortasına yumruq vurmalı, ya da bir əlini adamın sinəsində saxlayaraq, digər əlinin barmaqlarını isə yenə yumruq kimi yumaraq göbəyin yuxarısına azca sərt hərəkətlə basmalıdır. Bu zaman nəfəs borusuna düşmüş cisim oradan kənarlaşır, insanın nəfəsalması normallaşır. Nəfəs borusu tıxandıqda, beyinə lazımi miqdaqda oksigen çatmadığı üçün insan iflic də ola bilər. Bu üsulun necə tətbiq olunduğunu körpəsi olan anaların bilməsi də vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət