Aktrisa kosmos şirkətinin baş direktoru oldu!

Məşhur aktrisa karyerasında yeni dövrə qədəm qoyub

Bir müddət Disney-də yayımlanan "Uğurlar Çarli" serialı ilə məşhurlaşan amerikalı aktrisa Bridgit Mendler hazırda gündəmdədir.
Sherg.az xəbər verir ki, son illərdə Massaçusets Texnologiya İnstitutunda və Harvard Hüquq Məktəbində təhsil alan 31 yaşlı aktrisa və müğənni rəhbərlik etdiyi Northwood Space şirkətinin baş direktoru vəzifəsində çalışacağını açıqlayıb.
Kaliforniyada qurulan şirkətin baş direktoru olduğunu açıqlayan aktrisa karyerasında yeni dövrə qədəm qoyub.

"Northwood" aktyorun pandemiya zamanı vaxt keçirdiyi Nyu-Hempşirdəki gölün adını daşıyır.

 “Yerlə kosmos arasında məlumat magistralı” yaratmaq missiyası ilə yola çıxan şirkətin baş direktoru olduğunu açıqlayaraq gündəmə gələn aktyor sosial media hesabında daha bir sürpriz xəbər yayıb.

Mendler 2022-ci ildə oğul övladlığa götürdüyünü açıqlayıb. Aktrisa hazırda 4 yaşı olan oğlu haqqında "Valideyn olmaq mənim ən böyük hədiyyəm olub" deyib.

Mendler 2019-cu ildən Griffin Cleverly ilə evlidir, lakin cütlük şəxsi həyatlarını gizli saxlamağa üstünlük verir.