Hadisə şikayət etdi: “Rahat gəzə bilmirəm”

  Sosial media paylaşımları və şəxsi həyatıyla gündəmdən düşməyən türkiyəli məşhur pop ifaçı Hadisə, qonaq olduğu bir proqramda Türkiyədə istədiyi yerə rahat bir şəkildə gedə bilmədiyini deyib. 
“Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, Hadisə bu barədə yutub kanalında yayımlanan "PurpleHej" proqramında danışıb. “Şikayət etmirəm, amma istədiyim yerə istədiyim kimi gedə bilmirəm. Rahat dolaşa bilmirəm. Xarici ölkələrdə daha rahatdır, gəzib-dolaşmaq. İstəyirəm, məsələn, sərgi salonuna gedim, sənətlə maraqlanım, hansısa tablonu satın alım. Amma İstanbulda bu, mümkün deyil”, söyləyən Hadisə musiqi dünyasındakı vəziyyətə da toxunub. “Elə vaxtlar olur, heç bir mahnını dinləmək istəmirəm. Hövsələm çatmır. Daim eyni isimlər, eyni musiqilər. Çox yorucudur. İfaçıların sıralanması da ədalətli olmur. Üzərindən keçirəm,  fikir verməməyə çalışıram”. Hadisə işlərinin çox olduğu, həddindən artıq məşğul olduğu zamanlarda “eşq hekayələri” haqqında yayılan söz-söhbətlərin onu bezdirdiyini və fəaliyyətinə mane olduğunu deyib: “Sizinlə bir məsələyə nöqtə qoymaq istəyirəm. O qədər insanla adım yanaşı çəkilir ki, saylarını unuduram. Bu xəbərlərlə baş-başa qalmaqdan yoruldum. Hər dəfəsində “yəqin bitər”, deyirəm, amma görürəm ki, yox, yenə davam edir. Bunu açıq söyləyirəm, həyatıma mənə həqiqətən dəyər verən birisi daxil olacaqsa, bu xəbəri sizinlə, sevənlərimlə mütləq paylaşacağam. Hissləri hər zaman olduğu kimi açıq ifadə edəcəyəm”.