Selen Görgüzel təcavüz iddiasını yenidən gündəmə gətirdi

Aktrisa və müğənni Selen Görgüzel serialın çəkiliş meydançasında təqiblərə məruz qaldığını deyərək gündəm olub. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Görgüzel sosial media hesabında məsələ ilə bağlı paylaşım edib.
Selen Görgüzel illər əvvəl qatıldığı bir verilişdə rol aldığı serialda təcavüzə məruz qaldığı iddiasını yenidən dilə gətirib.


2009-cu ildə "Zoraki Başkan" serialında rol alan aktrisa çəkiliş meydançasında təqiblərə məruz qaldığı iddiasını təkrarlayıb.

Görgüzel deyib: "Bu, bu gün yayımlanan xəbərlə bağlı açıqlamadır; 2009-cu ildə yayımlanan "Zoraki Başkan" serialında talesiz hadisə yaşadım. Məsələ ilə bağlı hüquqi proses açıldı və tamamlandı. Hüquqlarımız təmin olundu. Xüsusi xahişim odur ki, mövzunun həssaslığına görə başlıqların yanlış olmamasına diqqət yetirəsiniz."