Ece Ronay yeni sevgilisi ilə paylaşım edib

Məşhur şoumen Mehmet Ali Erbilə qarşı təqib iddiaları ilə daha əvvəl məhkəmə qarşısına çıxan sosial media fenomeni Ece Ronay nişanlısı Mehmet Bilirlə 2,5 aylıq hamilə ikən evlənərək qısa müddət sonra boşanmışdı.

 "Sherg.az" xəbər verir ki, Problemli şəkildə boşanan Ronay yeni sevgilisi ilə paylaşım edib.
Qeyd edək ki, sosial media platformasında məşhurlaşan Ece Ronay məşhur aparıcı Mehmet Ali Erbillə mahnı çıxararaq adından söz etdirmişdi. Birlikdə klip çəkdirən ikili daha sonra təcavüz iddiaları ilə məhkəməlik olmuşdu.

YENİ SEVGİLİSİNİ PAYLAŞDI.
Məşhur fenomen indi də şəxsi həyatı ilə gündəmdədir. Hadisəli boşanmadan sonra Ece Ronay yeni sevgilisi ilə paylaşım edib. Ronayın paylaşımı qısa zamanda şərh yağışına tutulub.