İvana Sert: Hətta timsah və kenquru əti də yedim!


Ötən gün turizm sahəsində peşəkar həyat yoldaşı Sezer Dermenci ilə dəvətə qatılan İvana Sert illər keçsə də gözəlliyini və formasını qorumağı bacarır. 44 yaşlı modelyer "Çox idman edirəm, sağlam qidalanıram və şirniyyatdan uzaq oluram. Baxımlı qadınam. Həyat tərzim sağlam qidalanmaqdır. Bu mənim üçün önəmlidir"- deyib.

Sherg.az xəbər verir ki, həyat yoldaşı və ilk evliliyindən dünyaya gələn oğlu Kayon Ateşlə Şri-Lanka tətilindən qayıdan məşhur ad, "Şri Lanka gözəl, inanılmaz bir yerdir. Onun təbiəti və insanlarının həyat tərzi məni valeh etdi. Yeni kəşflər, ьəkanlar məni xoşbəxt edir”-dey' bildirib.

Şri-Lanka mətbəxinin ədviyyatlı olmasının ona yaraşmadığını bildirən İvana Sert qeyd edir: "Egey mətbəxinə öyrəşdiyimiz üçün Şri Lanka yeməkləri bizim üçün bir az ağır ola bilər. Ancaq tropik tərəvəz və meyvələrlə tanış olmaq maraqlı oldu".

Fərqli mətbəx yeməklərini dadmaqdan həzz aldığını bildirən İvana Sert, "Timsah, hətta kenquru ətini daddım. Yeniliklərə açığam və fərqli dadlar kəşf etmək məni həyəcanlandırır" sözləri ilə diqqət çəkib.

Sərt tətil pozaları ilə sosial mediada trend mövzusu olub. Ölkənin təbii sərvətlərindən olan fillərlə unudulmaz anlar yaşadan məşhur modelyer həyat yoldaşı və oğlu ilə birlikdə nəhəng filləri çimdirib. Ailə sərgüzəştli tətilləri zamanı fil safarisinə çıxıb, yerli insanlarla ünsiyyət qurub, həmçinin orijinal qonşuluq bazarlarını kəşf edib.