Məşhur aktrisa dördüncü dəfə ana olub: "Bacarsam həftədə bir dəfə edərdim"

Möcüzə qadın obrazı ilə yadda qalan İsrail əsilli aktrisa Qal Qadot dördüncü dəfə ana olub.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, DC kainatının məşhur personajlarından olan Vonder Voman obrazını canlandıran Qal Qadot yenidən ana olmaqdan xoşbəxtdir.

38 yaşlı aktrisa Jaron Varsano ilə evliliyindən dünyaya gələn qızını sosial media hesabında paylaşıb.

Qadot "Xoş gəldin, gözəl qızım. Hamiləlik heç vaxt asan olmayıb, amma bacardıq" deyib.

Aktrisa qızının adının "Ori" olduğunu açıqlayıb. Onun Alma, Maya və Daniella adlı daha üç qızı var.

Aktrisa 2022-ci ildə verdiyi müsahibədə "Uşaq dünyaya gətirməyi sevirəm. Bacarsam bunu həftədə bir dəfə edərdim. Bu, çox sehrli bir şeydir" deyib.