Həyatını riskə atdı, 83 yaşlı qoca məşhurdan körpə dünyaya gətirdi

Hollivud ulduzu Al Paçino keçən iyun ayında sevgilisi Noor Alfallahla valideyn olmaq sevincini yaşayıb. 

Sherg.az "Milliyet.com.tr"yə istinadən xəbər verir ki, oğlan övladını dünyaya gətirən Noor Əlfallah hamiləlik dövründə aldığı həyati təhlükəsi olan xəstəlikdən ilk dəfə danışaraq səmimi açıqlamalar verib.

Ötən ilin iyununda məlum olub ki, usta Al Paçino (83) dördüncü dəfə ata olmağa hazırlaşır. Məşhur adın 2022-ci ildə görüşməyə başladığı 30 yaşlı sevgilisi Noor Alfallahın səkkiz aylıq hamilə olduğu məlum olub. Həmin vaxtlar gənc qadın "qoca və varlı ovçu" və "bütün sevgililəri atasından da yaşlıdır" kimi xəbərlər mövzusu olub.
Qadının hamiləlik xəbəri yayılandan az sonra aktyor dördüncü övladını qarşılayıb. İkiliyə yaxın mənbələr Əlfullahın bir oğul dünyaya gətirdiyini və hər iki valideynin çox sevindiklərini bildirib. Körpənin adının Roman qoyublar.

Əvvəllər Rolling Stones qrupunun əfsanəvi solisti Mick Jagger (80) və milyarder Nikolas Berggruen (62) kimi yaşlı adlarla sevgili olan gənc qadın "Vogue Arabia"ya verdiyi müsahibədə səmimi açıqlamalar verib.
Al Paçinonun oğluna hamilə olarkən həyatı üçün təhlükə yaradan bir vəziyyətlə qarşılaşdığını izah edən Noor Alfallah bildirib ki,  ona "HELLP Sindromu" diaqnozu qoyuldub. 

Noor, hamilə qadınların bəzən gözlənilməz anlarda huşunu itirməsinə, bəzən isə  ölümünə səbəb olan bu xəstəlikdən ötəri qıcolma keçirəcəyindən qorxaraq körpəsinə qovuşa bilməyəcəyindən qoruxduğunu anladıb.

Yaşadığı problemlərə baxmayaraq, Al Paçino ilə birgə valideyn olmağın onun təsəvvür edə biləcəyindən  daha yaxşı olduğunu əlavə edən Alfallah, "Roman Allahın ən böyük hədiyyəsidir, düşündüyümdən min qat daha yaxşı oldu. Hər gün ona baxıram, nə qədər xoşbəxt olduğumu anlayıram"-deyə sözlərinə  davam edib:

"Roman doğulduğundan həyatım daha da sistemləşib. O yatarkən mənim vaxtımdır. Ssenariləri oxuya, seriallara baxa və ya tək başıma vaxt keçirə bilirəm. Amma oğlum oyananda ordayam, onun həyatındayam".

Noor Alfallah Al Pacino ilə görüşdüyü vaxtdan da danışıb: "Mən kino məktəbinə getmişdim, ona görə də Al Paçinonun kim olduğunu bilirdim. Amma bir gün onun oğlumun atası olacağını düşünmürdüm. O, evimlə eyni eyni küçədə yaşayırdı. Pandemiya dövründə bütün günü birgə keçirməyə başladıq. Birlikdə kinoya baxıb şahmat oynayırıq. Zamanla münasibətimiz romantikləşdi".