"Survivor"un  iştirakçısı ata olacaq, bundan xəbəri yoxdur! 

Yunus Əmrənin həyat yoldaşı maraqlı paylaşım edib

"Survivor All Star 2024"də aldığı ardıcıl cəzalarla gündəmdə qalan qırmızı komandanın iştirakçısı Yunus Əmrənin həyat yoldaşı Beria Özden sosial şəbəkədə hamilə olduğunu açıqlayıb. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, bu mövsüm "All Star" formatı ilə ekranlarda olan və ələmələrin SMS səsverməsi əvəzinə duellə reallaşdığı "Survivor 2024"-də cəzadan sonra yenə cəza alan Yunus Emre Özdenin bir müddət əvvəl Berna Canbeldeklə mübahisə etdiyi açıqlanıb. Buna görə o, dörd mükafatdan yararlana bilməyəcək. 


Yunus Əmrə  performansından çox rəqib yarışmacılara qarşı gərgin münasibəti ilə diqqət çəkir. 
Bu arada Yunus Əmrənin həyat yoldaşı Beria Özden paylaşımları ilə ad çıxarır.

Cəzadan sonra ərinin adada əsəb böhranı keçirdiyi anları İnstaqram hesabında paylaşan Beria Özden yaşadığı böyük kədəri və ərinə duyduğu həsrəti dilə gətirib.

Yunus Əmrənin həyat yoldaşı "Bu gün də ölmədik, yaşadıqmı bilmirəm. Səsini eşitmədən gözləmək, danışmadan, ünsiyyət qurmadan keçirdiyimiz 82-ci gündür. Hər keçən gün güclənirəm və digər tərəfdən də səbirlə gözləyirəm” - deyə qeyd edib.

Hamilə olduğunu da açıqlayan Beria Özden sözlərinə davam edir: "Tək arzum şad xəbərlərini almaqdır. Biz çətinliklərin öhdəsindən gəlmək üçün birləşdik. Xoş xəbər belə verə bilməmək  çox üzücüdür. Ünsiyyət olsaydı, onu özünə gətirərdim, amma çarəsizlik həm məni, həm də onu əsəbiləşdirir. O,  bu çətinliyi bizim üçün çəkir, ailəsi üçün çox çalışır. O, dünyanın ən gözəl şeylərinə layiqdir, almaz ürəkli. Sözümdən dönmədən gözləyirəm, atamız ”.