Burcu Esmersoyun idman videosu sensasiyaya çevrildi: "Kim deyə bilər ki, onun 47 yaşı var?" VİDEO

İtaliyada iş adamı Nazım Akmandillə ailə quran Burcu Esmersoy sosial mediadan aktiv istifadə edən adlar arasındadır.  
"Sherg.az" xəbər verir ki, sağlam həyat tərzi və fit görünüşü ilə diqqət çəkən aparıcı bu yaxınlarda yayımladığı idman videosu ilə də trendə çevrilib. Esmersoyun paylaşımı qısa müddətdə 10 mindən çox bəyənmə toplayıb və videoya "47 yaşı olduğuna inana bilmirəm", "Fiziki mükəmməldir", "Çox sağlam görünür", "Afərin, edəcəyəm" kimi şərhlər gəlib.

Qeyd edək ki, Burcu Esmersoy və Nazım Akmandil iki ilə yaxın olan münasibətlərini sentyabrın 2-də nikah masasına daşıyıblar. Evlilik təklifinin gəldiyi İtaliyada ailə quran cütlüyün ikinci toyu sentyabrın 7-də Ulusdakı bir məkanda təxminən 250 qonağın iştirakı ilə baş tutub.