Təbiətin kefini çıxarırlar: Cütlük izləyiciləri ilə xoş anlarını paylaşıb

2017-ci ildə ailə quran Fahriye Evcen və Burak Özçivit sosial şəbəkədəki paylaşımları ilə gündəmə gəlib. Təbiətin kefini çəkən cütlük izləyiciləri ilə çoxlu fotolar paylaşıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, "Çalıkuşu" serialında tanış olan və dostluqları zamanla sevgiyə çevrilən Fahriye Evcen və Burak Özçivit 2017-ci ildə ailə həyatı qurublar.

2019-cu ildə oğulları Karanı dünyaya gətirən Fahriye Evcen və Burak Özçivit 18 yanvar 2023-cü ildə Kərəmin doğulması ilə ikinci dəfə valideyn olmaq xoşbəxtliyini yaşadılar.

Məşhur cütlük meşədə çəkdirdikləri fotoları izləyiciləri ilə bölüşüb. 


Evcen oğlu Karan ilə də poz verib.

Birgə pozalar verən cütlüyün paylaşımına minlərlə bəyənmə və şərh gəlib.