Aktyorlar Hande Erçel və Hakan Sabancı dünyanı gəzirlər. 15 ayda 12 ölkəyə səfər edən cütlük nəhayət ki, marşrutlarını Yaponiyaya salıblar.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, tanınmış aktrisa Hande Erçel də son zamanlar maqazin gündəmindən düşməyən adlar sırasındadır. Karyerası ilə yanaşı şəxsi həyatı ilə də diqqət çəkən Hande Erçel 1 ildən artıqdır ki, Hakan Sabancı ilə sevgilidir. Cütlük sosial media hesablarında çox paylaşım etməsələr də, tmətbuat tərəfindən yaxından izlənilir. Tez-tez xaricdə tətilə üstünlük verən Hande Erçel və Hakan Sabancı bir çox ölkəni birlikdə gəziblər.
Qeyd edək ki, cütlük bütün ili birlikdə xaricdə tətildə keçirib. Onlar Paris, Finlandiya, Danimarka, Milan, Florensiya, Kann, Portofino, Budapeşt, Yunan adaları, Nyu-York, London və Bali adalarına səyahət ediblər. Məşhur cütlük tətilə Norveç, Amerika, Paris, Bali və indi isə Yaponiyaya gediblər.
Hande Erçel və Hakan Sabancı yenidən birlikdə poza verməsələr də, Tokiodan paylaşım etməyi də yaddan çıxarmayıblar.