Türkiyəli aktrisa Cemre Baysel "InStyle" jurnalının yeni sayının üz qabığına çəkilib.
Sherg.az" xəbər verir ki, aktrisa "Münasibətlərinizdə necə birisiz?" sualına belə cavab verib: “Deyə bilərəm ki, mən çox fədakaram. Mənim üçün sevdiyim insanı xoşbəxt etmək özümü xoşbəxt etmək deməkdir. Enerjim həmişə yüksəkdir və bunu göstərməkdən heç vaxt çəkinmirəm. İçimə atmağı bacara bilmirəm, istəsəm də bunu edə bilmərəm”.
Baysel əvvəllər kəskin və tərs xasiyyətə malik olduğunu da bildirib: “Amma mən bu münasibəti cilalamaq və qarşıdakı insanı olduğu kimi qəbul etmək, qəbul edə bilməsəm də, buna hörmət etmək və üzülməməyi öyrənmək yolundayam. Mənə yaxşı münasibət bəsləyən və düzgün ünsiyyət qura bildiyim insanlar mənim üçün dəyərlidir və həyatıma uzunmüddətli əlaqələr qurduğum insanlar kimi daxil olurlar”.
Cemre Baysel sosial mediada onun ünvanına yazılan şərhlərlə bağlı “Mütləq mənfi şərhlər var, bunlar mənim işimin bir hissəsidir. Mənə heç vaxt pis təsir etmir. Sevənlər qədər sevməyənlər də az deyil. Öz iş qrafikim və sosial həyatım var. Bu mənim dünyamdır və istədiyim qədər görünə bilirəm. Olduğum yerdə çox rahat və dincəm" deyə bildirib.