TV8 ekranlarında məşhur yarışma proqramı olan "Survivor All Star"-da gərginlik heç vaxt azalmır. Nəhayət, Hakan Hatipoğlunun sıradan çıxdığı "Survivor All Star" şousunun yeni treyleri yayımlandı.
Sherg.az xəbər verir ki, həftənin ilk toxunulmazlıq oyunu oynanarkən Yunus Əmrə və Ögeday bir-birlərinə sərt ifadələr işlədirlər. Bunun üzərinə qəzəbinə hakim ola bilməyən Ögeday Yunus Əmrəyə hücum edir.
Komanda yoldaşları onlara mane olmağa çalışsalar da, dava böyüyüb və Yunus Əmrə ilə Ögeday bir-birləri ilə fiziki təmasda olublar.
Proqram görüntülərinin şiddətli məzmuna görə senzuraya məruz qalaraq yayımlandığı diqqət çəkib. İndi "Yunus Emre və Ögeday diskvalifikasiya olunacaqmı?" sualı maraqla izlənilir.