Kıvanç Tatlıtuğdan "İkinci uşaq" açıqlaması!

Bu yaxınlarda iki yaşlı oğlu Kurt Efenin doğum gününü yaxın dostları ilə bir araya toplayaraq qeyd edən aktyor Kıvanç Tatlıtuğ "Uşaq haqqında deyiləcək bütün sözlər eynidir. Tamamilə fərqli bir hissdir, onun inkişafı da bizi böyüdür və inkişaf etdirir” deyə bildirib.
Sherg.az xəbər verir ki, Tatlıtuğ, əlavə edib: "Hər gün yeni şeylər öyrənirəm. Onun böyüməsini bəzən gözlərimdə yaşla, bəzən gülümsəyərək izləyirəm. Allah bütün övladların yolunu, qismətini, sağlamlığını, uğurlarını bol etsin" .

2016-cı ildə ailə qurduğu stil məsləhətçisi Başak Dizerlə xoşbəxt ailə quran yaraşıqlı aktyor "İkinci uşaq düşünürsən?" sualına da cavab verib.

Bir uşaq atası olan Kıvanç Tatlıtuğ ikinci uşaq ideyasına müsbət yanaşdığını ifadə edib:“Uğur nəsib olsun, hər zaman yaxşı niyyətli düşüncələrimiz var”.