1 nömrədir: Rekordlar ardınca rekord qıran Taylor Svift birinciliyi əldən vermir

Dünya şöhrətli amerikalı müğənni Taylor Svift  "Tortured Poets Department" adlı son albomu ilə yeni rekordlar qırır.
Sherg.az xəbər verir ki, 2023-cü ildə "İlin adamı" seçilən və ardıcıl qırdığı rekordlarla adından söz etdirən Taylor Sviftin yeni albomu son aylarda musiqisevərlərə təqdim olunub. Albom 12 həftə ərzində Billboard 200 albom cədvəlinin başında idi. Müğənni bu qədər uzun müddət 1 nömrədə qalmaqla yeni çığır açıb.

Eminemin "The Death of Slim Shady (Coup de Grâce)" albomu Svifti geridə qoyaraq siyahıya başçılıq edib.

Ən yüksək pilləni Eminemə uduzan Svift, Billboard 200 siyahısında birinci yeri geri qaytarıb. Bunun sayəsində albom ardıcıl olmayan 13 həftə qrafikin başında gəlib.

Morgan Wallen "One Thing at a Time" albomu ilə 19 həftə siyahının başında qalmağı bacarıb.