Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edir - Dələduzluq

Mərhum Xalq artisti Mirzə Babayevin adından istifadə olunub. 

OLAY yazır ki, bu barədə onun nəvəsi Emin Babayev məlumat yayıb. O bildirib ki, naməlum şəxs babasının qardaşı olduğunu deyərək insanları aldadır:

“4-5 olar, şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s. Təəssüf ki bu məlumatlar mənə postfaktum çatır və bu dələduz eyni yerə 2-3 dəfədən çox getmir. Sonuncu dəfə srağagün 20 yanvardakı marketdə tanış bir xanımla şəkil çəkdirib. Özü ilə M. Babayevin şəklini gəzdirir, sifətdən müəyyən oxşarlığı var. Ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki, M. Babayeva oxşasın. Onu görən olsa, xahiş edirəm hansısa bəhanəsi ilə ya onun nömrəsini oyrənin ya da səhəri gün eyni yerdə görüş təyin edib mənə məlumat verin”.

Şəkillər sırasında isə həmin şəxsin aparıcı Ülvira Qarayeva ilə şəkli yer alıb.