“Kişinin iti belə yaraşıqlıdır” - Kıvanç Tatlıtuğu "tərif  yağışı"na tutdular

 Serenay Sarıkaya ilə baş rolları paylaşdığı "Aile" serialında rol alan Kıvanç Tatlıtuğ bu dəfə sosial media hesabındakı paylaşımı ilə gündəmə gəlib. Tatlıtuğ iti ilə çəkdirdiyi pozanı paylaşıb.

Sherg.az xəbər verir ki, aktyor paylaşımına “Mənim iki gözüm” yazıb. 

“Kişinin iti belə yaraşıqlıdır” kimi şərhlərin yer aldığı paylaşıma minlərlə bəyənmə və şərh gəlib.

Digər tərəfdən, məşhur aktyor 1960-cı illərdəki bank soyğunları ilə yanaşı, zəka və xarizması ilə də ictimaiyyətin diqqət mərkəzinə düşən “ilk türk qanqsteri” kimi tanınan. Prodüseri Ay Yapım, ssenari müəllifi Levent Cantek olan serial rəqəmsal mühitdə yayımlanacaq.
Digər tərəfdən, Kıvanç Tatlıtuğ  prodüser şirkəti “Kampeon” ilə layihədə prodüser kimi də yer alacaq