Körpənin cinsi məlum oldu!

Kadir Doğulu-Neslihan Atagül cütlüyündən şad xəbər gəlib

Səkkiz ildir xoşbəxt həyat yaşayan Kadir Doğulu və Neslihan Atagül körpə gözlədikləri müjdəsini veriblər. Ailəsi ilə birlikdə Kuşadası tətili zamanı kameralara tuş gələn Atagülün qız övladı gözlədiyi öyrənilib.
Neslihan Atagül və Kadir Doğulu “Fatih Harbiye” (2013-2014) serialında tanış olub və onların çəkiliş meydançasındakı dostluğu tezliklə əsl sevgiyə çevrilib. Aktyor cütlüyü 2016-cı ildə həyatlarını birləşdirib.
2022-2023-ci il mövsümündə birlikdə çəkildikləri "Gecenin Ucunda" serialından bəri ekranlardan uzaq düşən Doğulu və Atagüldən ötən ay şad xəbər gəlib.
Qarnını tutaraq verdiyi poza qısa zamanda 250 min bəyənmə alan gözəl aktrisa, "Bu "xoşbəxtliyi" bir müddət gizli saxlamaq istərdik" mesajını yazaraq, haqqında hamiləlik iddialarını təsdiqləyib. “Açığı, bu bizim haqqımızdı, bir sözlə, xoşbəxtik, razıyıq”.
Şişkin qarnı getdikcə görünməyə başlayan 32 yaşlı gözəl aktrisanı çimərlikdə iti müşayiət edib.
Müge Dağstanlının xəbərinə görə, üç aylıq hamilə olan Atagül qız övladı gözləyir.