Tanınmış meyxanaçı xəstəxanalıq oldu - FOTO

Meyxanaçı Rövşən Binəqədili xəstəxanalıq olub.
Sherg.az titul.az-a istinadən xəbər verir ki, səhhətində ciddi problem yaranan meyxanaçı paytaxtın xəstəxanalarından birinə yerləşdirilib. Onun müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Qeyd edək ki, hələ bu ilin aprelində meyxanaçının atası Qorxmaz Musayev 70 yaşında vəfat edib. Mərhum uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Xatırladaq ki, Rövşən Binəqədili Vətən Müharibəsi dövründə sosial şəbəkələrdə trendə və müzakirə mövzusuna çevrilmiş "Can gedirik almağa" mahnısı ilə məşhurluq qazanıb.