Müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasında qalmaqal yenidən alovlanıb.
"Sherg.az" xəbər verir ki, sənətçilər arasında davaya səbəb "cənnətimsəm" mahnısı olub.
Onlar sosial şəbəkədə bir-birinin ünvanına xoşagəlməz ifadələr səsləndiriblər.
Şəbnəm tovuzlu bildirib:
''Ay, düşük. Bəli, mən getdim ki, mahnını oxuyum. İsmayıl mahnınını Vəfanın da oxuduğunu dedi . Mən həmin dəqiqə bəstəkarı yığdım ki, mahnını ona vermisiz? Dedi: Xeyr, Tural bilməyərək 3 mahnı atıb. Mahnı sənindir, oxu. Bu qədər. Mahnı məndə aylardır durur. Bu gün oxumasaydım yadıva düşməzdi. Çaşma, ağzından qatıqlayırsan. Pis üzümü görərsən, yazıqsan get ,çörəyini qazan. Vüsala qaldıqda mahnıını özü atdı ki, oxuyaq. Hardan bilim ki, sənədə deyib. Get başıvı yoxlatdır səndə əqli çatışmazlıq var''.
Vəfa isə Şəbnəmin onu haqsız yerə günahlandırdığını deyib. O bildirib ki,mahnını mayın 31-i alıb :
''5 ay öncə alan yoxdur. İlk mən almışam, o isə götürüb oxuyub''
Qeyd edək ki, Vəfa Şərifova mahnını paylaşaraq bu sözləri yazıb:
''Mənim olan mənimdir. Göz dikənin gözlərini oyaram. 1aydır hazır olan ifamız tezliklə yayımda''.