Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı (SƏBƏB)

Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarıb. 
Bu barədə Qaynarinfo-ya teatrdan məlumat daxil olub. 
Aktyorun işdən çıxarılmasına səbəb ona həvalə edilən roldan imtina etməsi olub.
Ətraflı
Teatrın yaradıcı aktyorlarından bir neçəsi Mehriban Ələkbərzadədən Corc Qafarovun teatra qaytarmasını xahiş edib. Lakin direktorun qərarı dəyişməyib.
Xatırladaq ki, aktyor Corc Qafarovu müğənni Roza Zərgərli övladlığa götürüb. O, həm də Qaraçuxur bələdiyyəsinin üzvüdür.