"Çiçək açdı"- Aktrisa qısa zamanda 261 min bəyənmə toplayıb


Sosial şəbəkələrdəki paylaşımları ilə tez-tez adından söz etdirən uğurlu aktrisa Demet Özdemir İnstaqram səhifəsində yeni pozalarını yayımlayıb. Məşhur ad qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb.

“Şərq” xəbər verir ki, iştirak etdiyi layihələrlə dünya üzrə böyük pərəstişkarı olan Demet Özdemir 16,3 milyon izləyicisi olan İnstaqram səhifəsində yeni pozalarını paylaşıb.

Rəngarəng şəkillərini bir-birinin ardınca "#TB efendim" mesajı ilə yayımlayan 32 yaşlı Özdemir qısa zamanda 261 min bəyənmə toplayıb.

Gözəl aktrisanın fotolarına "Bura çiçək açır", "Getdiyiniz hər yerdə parlayır" və "Kraliça!" 3 minə yaxın şərh yazılıb.