Yaponiya və Cənubi Koreyanın Ermənistanı silahlandırması məsələsinə səfirliklərdən-AÇIQLAMA
09:48 13.09.2024
Siyasət
449
Sentyabrın 8-də Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfərə gedib.
Bundan əvvəl, sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Seula səfər edərək bir sıra görüşlər keçirib.
Rəsmi məlumata görə, səfər çərçivəsində sentyabrın 9-da Papikyan "Hərbi sahədə məsul süni intellekt" sammitinin açılış mərasimində iştirak edib. Sammitin məqsədi hərbi texnologiyalarda və döyüş əməliyyatlarında süni intellektin istifadəsinə nəzarət üçün beynəlxalq mexanizmlərin işə salınmasıdır.
Caliber.Az-a mötəbər mənbələrdən daxil olan məlumata görə, Papikyanın Cənubi Koreyaya səfərinin əsl məqsədi bu ölkənin silahlarının Ermənistana tədarükü ilə bağlıdır. Hətta bununla bağlı razılıq əldə olunub.
Məlumata görə, Ermənistanın göz dikdiyi ölkələr sırasına Yaponiya da əlavə oluna bilər. Silahların alınması ilə bağlı danışıqlar aparmaq niyyətində olan Ermənistan nümayəndə heyəti hazırda gündoğan ölkədədir.
Oxu.Az məlumatı dəqiqləşdirmək üçün hər iki ölkənin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb.
Yaponiyanın Azərbaycandakı səfirliyindən sorğumuza cavab olaraq bildirilib ki, məlumatdan xəbərdardırlar: "Hazırda bu istiqamətdə araşdırılma aparılır. Səfir də bu barədə məlumatlandırılıb. Hər hansı cavab olarsa, məlumat veriləcək".
Koreya Respublikasının Azərbaycandakı səfirliyi də Oxu.Az-ın sorğusuna cavab verib. Bu ölkənin səfirliyindən də bildirilib ki, məsələdən məlumatlıdırlar: "Sözügedən xəbərlə bağlı araşdırma aparılır. Xarici İşlər Nazirliyi bununla bağlı özü rəsmi açıqlama yayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol