Son günlərin ən məşhur adlarından biri olan və Hakan Sabancı ilə yaşadığı eşq yaşayan Hande Erçel yeni layihənin yolda olduğunu bildirib.
Sherg.az xəbər verir ki, “Bam Başka Biri” serialında baş rolu Burak Dənizlə paylaşan aktyor uzun müddətdir ki, ekranlardan uzaq düşüb. İnstaqramdan aktiv şəkildə istifadə edən gözəl aktrisa bir müddət əvvəl jurnalistlərin radarına düşüb.
“Aramızda Kalmasın” proqramında yer alan xəbərə görə, Hande Erçeldən yeni layihənin müjdəsi gəlib. NBA çəkilişlərinin yaxşı keçdiyini deyən aktrisa yeni layihələrlə bağlı "Çox yaxında yaxşı xəbər verəcəyəm. Aydın olsun, danışarıq" deyib.
Hande Erçel və Hakan Sabancı cütlüyü ötən gün Dila Tarkanın ad günü partisinə qatılıb. Birlikdə və məkandan tez ayrılan Hande Erçel və Hakan Sabancı cütlüyü sualları cavabsız qoyub.