2019-cu ildən xoşbəxt evli olan Eser Yenenler və Berfu Yenenlerin böyük oğlu Kuzeyin 5 yaşı tamam oldu.
Sherg.az xəbər verir ki, məşhur cütlük oğullarının ad gününü sosial media hesablarında paylaşımlarla qeyd ediblər.
Berfu Yenenler belə bir qeyd yazıb: "Ad günün mübarək, ilk sevgim. Bundan gözəl analıq səyahəti təsəvvür edə bilməzdim... Həmişə gülümsə ki, günəş parlasın. Mən səni çox sevirəm, balaca kişi Kuzey Emmi".
Eser Yenenler isə paylaşımında "Bütün bu qeyri-adi anların üstündən 5 il keçdiyinə inana bilmirəm. Səni çox sevirəm, oğlum. Ad günün mübarək Kuzeyim" deyib.