Məşhur müğənni Beyons imicini yeniləyib, sarışın rəngi gündəm olub

“Qremmi” mükafatı laureatı müğənni Beyons imicini təzələyib. Saçlarını qısa kəsdirərək platin sarışına boyayan məşhur adın son görünüşü Merilin Monro ilə müqayisə edilib.

Sherg.az xəbər verir ki, tədbirlərdə nadir hallarda görünən 32 qat Grammy laureatı Beyons dünən Nyu Yorkda keçirilən 2024-cü ilin Qlamur Qadınları Mükafatları mərasiminə qatılıb.

43 yaşlı müğənni tədbirə 70 yaşlı anası Tina Noulz ilə gəlib.

Mərasimdə qızılı atlaz ətək və açıq sarı trikotaj geyinməyi seçdiyi Beyonsun platin sarışın rəngi gündəm olub.

Martın 29-da musiqisevərlərin ixtiyarına verilən "Kovboy Karter" albomu ilə imicini yeniləyən Beyonsun bu dəfə saçlarını kəsdirərək sarıya boyadığı görülüb.

Son albomu ilə kantri musiqisi siyahısında birinci yeri tutan musiqi tarixində ilk qaradərili müğənni olmağı bacaran Beyons platin sarı saçları ilə Merilin Monro ilə müqayisə edilib.