Acunun  həyat yoldaşı hamiləlik xəbərlərinə son qoyub

Acun Ilıcalı ilə xoşbəxt münasibətini sentyabrın 4-də toyla taclandıran Ayça Çağla Ilıcalının körpə gözlədiyi iddia edilib. 
Sherg.az xəbər verir ki, alış-veriş turunda görüntülənən Ayça Çağla Ilıcalı jurnalistlərlə söhbət edib. Evliliyin çox yaxşı getdiyini deyən Ayça Çağla Ilıcalı hamiləlik xəbərlərinə son qoyub:

“Hələ hamilə deyiləm. Həmişə yazılıb, çəkilib, amma hamilə olanda hər halda elan edərəm. Bunlar bəxt işidir, biz istəyirik ki, nə vaxt lazım olanda baş versin”.

Ayça Çağla Altunkaya 2 iyul 1999-cu ildə Yalovada anadan olub.
Nişantaşı Universitetinin tibb bacısı fakültəsini bitirən Ayça Çağla Altunkaya məktəb illərində həvəskar kimi basketbol komandasında da oynayıb.
Digər tərəfdən, daha əvvəl 3 dəfə evlənən və bu evliliklərdən 4 qızı olan Acun Ilıcalı dördüncü evliliyini Ayça Çağla Altunkaya ilə edib.