Suriyada hərbi əməliyyatlar böyük planın tərkib hissəsidir- RƏY
14:29 04.12.2024
Siyasət
395
ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) bağlı qüvvələr Suriyada hərbi əməliyyat keçirib. CENTCOM özü yaydığı məlumatda bildirib ki, bu gün səhər saatlarında Fərat Hərbi Dəstək Bölgəsi ətrafında ABŞ və koalisiya qüvvələrinə təhlükə yaradan 3 pikap maşınına quraşdırılmış raket buraxan qurğu, 1 ədəd T-64 tankı, 1 ədəd PDM və minatan da daxil olmaqla, müxtəlif silah sistemlərini uğurla məhv edib.Onlar həmçinin əlavə edib ki, sözügedən əməliyyatın Suriyanın şimal-qərbində baş verən son hadisələrlə heç bir əlaqəsi yoxdur:
“Buna baxmayaraq, regionda baş verən son prosesləri yaxından izləməyə davam edirik”.
CENTCOM-un Suriyadakı hərbi əməliyyatını "Sherg.az"a şərh edən politoloq Tural İsmayılov bildirib ki, ABŞ-nin Suriyada həyata keçirdiyi siyasət böhrana və ictimai gərginliyə səbəb olub:
"Ağ Ev, Suriyadakı maraqlarını təmin etmək məqsədilə PYD və YPG kimi qruplaşmaları dəstəkləməyi seçib. Bu dəstək, NATO-ya üzv olan və regionda mühüm geosiyasi rola malik Türkiyəyə qarşı ciddi haqsızlıq kimi qəbul olunur. Çünki PYD və YPG qruplaşmaları uzun illərdir Türkiyəyə qarşı separatçı fəaliyyətlər həyata keçirir və ölkənin ərazi bütövlüyünü təhdid edir. Bu cür dəstək, yalnız Türkiyənin deyil, bütövlükdə regionun sabitliyinə mənfi təsir göstərir.
Eyni zamanda, CENTCOM-un bölgədə həyata keçirdiyi hərbi əməliyyatlar da ABŞ-nin maraqlarını təmin etmək məqsədinə xidmət edir. ABŞ-nin Əsəd qüvvələrinə qarşı təşkil etdiyi əməliyyatlar, ilk baxışda demokratiya və sabitlik gətirmək niyyəti kimi təqdim olunsa da, əslində, imperialist maraqların irəlilədilməsinə yönəlib. Bu siyasət, yalnız Suriyada deyil, ümumilikdə Yaxın Şərqdə uzunmüddətli sabitliyə təhlükə yaradır və mövcud gərginlikləri daha da dərinləşdirir.
Ekspert əlavə edib ki, Bayden administrasiyasının hakimiyyətinin son günlərində ABŞ, Yaxın Şərqdə və digər regionlarda hərbi dağıdıcılıq siyasətini davam etdirə bilər.
"Bu, artıq təhlükəli bir tendensiyaya çevrilib və qlobal sabitlik üçün ciddi təhdid yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya