Türkiyənin "Show TV" televiziyasında yayımlanan “Bahar”ın ssenaristləri serialdan ayrılıblar.
Teleqraf.com xəbər verir ki, "Bahar"ın ssenaristləri Ayça Üzüm və Nergiz Herdem İnce ekran işinə vida ediblər.
Qeyd edək ki, serialda baş rolları Demet Evgar, Mehmet Yılmaz və Buğra Gülsoy oynayır.