Ukrayna Rusiya strateji aviasiya aerodromlarına hücum edən PUA-ların fotolarını yayıb
Yusif Nəzərli
13:20 01.06.2025
Gündəm
324
Ukrayna Rusiyanın İrkutsk və Murmansk vilayətlərindəki strateji aviasiya aerodromlarına hücum edən pilotsuz uçuş aparatlarının fotolarını yayıb.
APA xəbər verir ki, "Pautina" adlı əməliyyatın il yarıma hazırlandığı, əvvəlcə FPV PUA-larının, sonra isə mobil taxta konteynerlər Rusiyaya gətirildiyi bildirilib.
Rusiyada dronlar konteynerlərə yerləşdirilib və lazımi anda konteynerlərin qapaqları məsafədən idarə olunmaqla açılıb, PUA-lar havaya buraxılıb.
Qeyd edək ki, bu gün Ukrayna Rusiyanın Murmansk, İrkuts, Ryazan və İvanovo vilayətlərindəki hərbi strateji aviasiya aerodromlarına PUA zərbələri endirib.
PUA zərbələri Ukrayna ərazisindən deyil, hərbi obyektlərə yaxın məsafədə park edilən yük avtomobillərində sputnik vasitəsi idarə olunaraq həyata keçirilib.
Ukrayna tərəfi kütləvi PUA zərbələri nəticəsində həmin aerodromlardakı 40 Tu-95MC strateji bombardmançı Rusiya hərbi təyyarəsinin məhv olunduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi hələlik məlumatı təsdiq etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya