
AİB sədrindən sərt tənqid: “Gigiyenik qaydalara əməl olunmur”
10:15 15.07.2025
Cəmiyyət
388
Uşaqlar üçün satılan "Bolluq LTD" MMC-nin məhsulunun içindən dəmir parçası çıxması ilə bağlı məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb.
Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, agentliyin müvafiq regional bölməsi tərəfindən araşdırmalar aparılır.
Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, uşaqlar üçün satılan "Bolluq LTD" MMC-nin məhsulunun içindən dəmir parçası çıxıb.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Sosial şəbəkə istifadəçisi bu hərəkəti diqqətsizlik və məsuliyyətsizlik adlandırıb.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, əgər qida məhsulunun içərisindən kənar cisim aşkar olunursa, bu, istehsal prosesində gigiyenik normalara əməl edilmədiyini göstərir və müəssisədə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığını sübut edir:

“Bununla yanaşı, bəzən bu cür hallar birbaşa istehsal müəssisəsinin fəaliyyəti ilə bağlı olmaya da bilər. Belə ki, bəzən istehsalçı müəssisədən uzaqlaşdırılmış şəxslər və ya bazarda rəqabət aparan digər şəxslər tərəfindən bu cür hallar məqsədli şəkildə törədilə bilər. Məsələn, bir neçə il öncə bir çörək istehsalçısının məhsullarının içərisində insan tüklərinin aşkarlanması faktı araşdırılmış və nəticədə bəlli olmuşdur ki, bəzi şəxslər saçları iynəyə keçirərək çörəyin içinə yerləşdirir, daha sonra məhsulu şantaj məqsədilə ictimailəşdirərək maddi qazanc əldə etməyə cəhd göstərirlər. Bu qrup vaxtilə ifşa olunub. Əgər “Bolluq” MMC tərəfindən istehsal olunan məhsulun içərisində metal cismi aşkar edilibsə, bu, qəbuledilməz haldır və müvafiq dövlət qurumu -Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırılmalı, müəssisədə təcili sanitar nəzarət və monitorinq tədbirləri həyata keçirilməlidir. Belə hallarla qarşılaşan istehlakçılar məhsulun alışını təsdiqləyən kassa çekini mütləq şəkildə saxlamalı, məhsulun alındığı məkan barədə dəqiq məlumat verməli və müşahidə olunan faktı anonim olaraq sosial şəbəkələrdə yaymaqla yanaşı, rəsmi qurumlara, xüsusilə də Qida Təhlükəsizliyi Agentliyinə 1003 nömrəli qaynar xətt vasitəsilə müraciət etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat