
Sülh prosesinin həlledici siması: Trampın İlham Əliyev haqda xoş sözləri təsadüfi deyil
Yusif Nəzərli
04:37 15.10.2025
Siyasət
602
Yaxın Şərq Sülh Sammitində ABŞ Prezidenti Donald Tramp bir daha Ermənistan və Azərbaycan arasında 33 illik münaqişəyə siyasi çərçivədə onun vasitəçiliyi ilə son qoyulduğunu və bunun vacibliyini xatırladıb. Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət edən Tramp dövlət başçısına növbəti dəfə təşəkkür edib: "Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır".
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov deyib ki, ABŞ Prezidenti Donald Tramp 8 avqustda Vaşinqtonda cənab İlham Əliyevlə görüşündən sonra Azərbaycan lideri haqqında xoş sözlər söyləməyə başladı. Ekspert vurğulayıb ki, bu, sadəcə həmin görüşün təsirindən yaranmış mənzərə deyildi:

"Trampın komandası və onun köməkçiləri Azərbaycan-Ermənistan münaqişəsi və sülh prosesi və bu məsələdə Azərbaycan lideri İlham Əliyevin göstərdiyi siyasi iradə barədə Ağ Ev rəhbərini ətraflı məlumatlandırmışdılar. Tramp bunun nə demək olduğunu çox yaxşı anlayan siyasətçidir. Rusiya və İranla qonşuluqda yerləşən bir ölkə liderinin bu qədər ağıllı, uzaqgörən siyasət yeritməsi, yeri gələndə qətiyyətli, sərt mövqe ortaya qoyması hər dövlət başçısının bacara biləcəyi iş deyil. Cənab Trampın Azərbaycan liderinə verdiyi dəstəyin kökündə də dövlət başçımızın yeritdiyi xarici siyasət, Rusiya və İrana qarşı müəyyən məqamlarda sərgilədiyi qəti mövqe dayanır".
Analitik qeyd edib ki, Tramp yaxşı başa düşür ki, Azərbaycan və Ermənistan arasında sülh sənədinin paraflanmasında həlledici rol məhz Prezident İlham Əliyevə məxsusdur:
"Çünki bu layihənin təşəbbüskarı İlham Əliyevdir. Ermənistan tərəfi isə prosesi ləngidən təkliflər veriblər, sonradan bundan imtina etmək məcburiyyətində qalıblar. Müharibənin ardınca sülhün baza prinsiplərini gündəmə gətirən və prosesi ardıcıl şəkildə irəliyə daşıyan Azərbaycan lideri olub. ABŞ prezidenti bunları bildiyi üçün cənab İlham Əliyev haqqında daim xoş sözlər söyləyir, onu böyük lider adlandırır. Azərbaycan Prezidenti ilə Tramp arasında yaranmış bu münasibət gələcəkdə dövlətimizə böyük üstünlüklər, faydalar gətirə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya