Abbas Azərbaycanda ilk dəfə onlayn konsert edəcək
09:37 26.03.2021
Şou
486
Əməkdar artist Abbas Bağırov verilişləri tənqid edib. Müğənni bu haqda Əməkdar artist Bəhram Bağırzadə ilə İnstaqramda canlı yayımda söhbət edərkən deyib. O bildirib ki, proqramlarda qonaqların ifasından çox reklama yer verilir:
"Verilişlər 2 saatdır, saat yarım reklam verilir. Yarım saata bilmirsən oxuyasan, yoxsa danışasan. Bunu oxuduğum əsərlərə hörmətsizlik kimi qəbul edirəm. Musiqi ilə bağlı verilişin 95 faizi ifa olmalıdır. Bu proqramda paltaryuyan dərman, telefon qabları reklam ediləcəksə, mənim nə işim var orada? Bilirəm, reytinqli verilişdi kimsə kolbasasını, dərmanını reklam etmək istəyir. Amma bu qədər yox.
Aparıcı oxuduğum mahnını haqqında heç nə soruşmur. Hərdən özüm sual verirəm ki, sizə maraqlı oldu? Buna görə də özüm veriliş etmək qərarına gəldim. "Youtube"da yayımlanacaq, reklam isə bir əvvəldə, bir də sonda olacaq. Mahnı kəsilib, söz dayandırılıb reklam deyilməyəcək".
A.Bağırov Azərbaycanda ilk dəfə onlayn konsert edəcəyini deyib:
"Hazırda bunla bağlı işlər gedir. Yəqin gələn aydan başlayacağıq. Tamaşaçı 1 manat ödəyərək, konserti izləyəcək. Burada yerli müğənnilərlə yanaşı, əcnəbi ifaçıları da görə biləcəklər".
Müğənni trenddə olan bayağı mahnıları tənqid edib:
"Mahnılar yazdırıram, layihələr edirəm ki, sənəti qoruyum. Biz sənəti qorumasaq, bunlar baş alıb gedəcək. Bunların olmaması üçün bacardığımız qədər çalışmalıyıq ki, gələcək nəslə yaxşı mahnı ötürək. Tək mən yox, məndən yaxşı oxuyanlar da var. Bu gün istedadlı gənclər var ki, verilişlərə dəvət edilmir. Çünki reytinq vermirlər, musiqini təbliğ edirlər. Bir ildən çoxdur toy yoxdur. Toy da bir mədəniyyətdir. Gedib "Tərəkəmə" oxuyub gəlmək deyil. Bu, adətimizi də qoruyub saxlamalıyıq.
Lazımsız, iyrənc janrda musiqi ifa etsəm, pulla piarına güc versəm, görün nə qədər gənc ziyan çəkəcək. Nəsə paylaşırsan, gündəmə gəlmək üçün. Düşünmürsən ondan kimsə ziyan çəkəcək, yoxsa yox. Özünü biabır edirsən və ondan zövq alırsan. Belə insan var. Hamı onu söyür, təhqir edir, pis söz yazır, amma zövq alır. Deyir, qoy yazsınlar, əsas odur gündəmdəyəm. Gündəmə belə gəlmək olar? Üçgünlük mikrob olub camaatın canına düşəcəksən, sonra unudulacaqsan. Evimizdə böyüyən uşaqları düşünməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putinin Uitkoffla görüşü iki saatdan çoxdur davam edir
15:13 21.10.2026
Dünya
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə