Aktrisa “Camdakı kız”da öz həyatını oynayır? - Burcu Biricik haqqında bilinməyələr
02:01 09.04.2023
Şou
858
Bu günlərdə evlərimizə "Camdakı kız" serialı ilə qonaq olan gözəllər gözəli aktrisa Burcu Biriciyin həyatı tamaşaçıları çox maraqlandırır.
Sherg.az lent.az-a istinadən xəbər verir ki, "Göz önündə" layihəsində Burcu Biricik barəsində danışır.
Burcu Biricik 1989-cu il mayın 4-də Antalyada doğulub. Əsl- kökü yörük (köçəri türk, tərəkəmə) nəslindən gəlir. Aktrisa hələ uşaq olarkən anası ilə atası ayrılıb və o qardaşı ilə birlikdə ana nənəsinin himayəsində böyüyüb. 16 yaşı olarkən Türkiyədə keçirilmiş Miss Mediterranean gözəllik yarışmasında Akdeniz Kraliçesi adını alı.
Gözəl aktrisanın boyu 170 sm, çəkisi 53 kilodur.
Uşaqkən aktrisa olmağı arzulasa da, nənəsinin istəyi ilə Ege Universitetində Arxeologiya fakültəsini bitirib. Amma eyni zamanda şəhər teatrında kurslara qatılır, tamaşalarda rol alırdı. Bu da onun incəsənətə gəlişində tramplin rolunu oynadı. 2007-ci ildə "Macolar" serialındakı epizodik obrazıyla ilk dəfə ekranlarda görünən gözəl qız rejissorların diqqətini dərhal çəkir və o filmlərin aranan üzünə çevrilir. Bu günə qədər çoxlu sayda film və seriallarda rol almış Burcu Biricik son dəfə rol aldığı "Camdakı kız" serialı ilə şöhrətin zirvəsində yer alır.
O 2016-cı ildə reklamçı Emre Yetkinlə evlənib. Buna qədər cütlük 6 il sevgili olub. Əri özündən 6 yaş böyükdür.
Dediyinə görə, ilk baxışdan aşiq olmasa da ərini dəli kimi sevir. Emre Yetkin Burcunun həm də meneceridir. Toyları Parisdə olub. Uşaqları yoxdur. Cütlük özləri barədə məlumat verməyi sevmir.
Nalan obrazında şüşə kimi saf, şəffaf qadını canlandıran Burcunun elə öz həyatı da tərtəmizdir. O qalmaqallardan uzaq, sakit bir həyat yaşayır. Dediyinə görə, duru gözəlliyini də məhz elə təmiz həyat tərzinə və sevgi dolu ürəyinə borcludur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol