Alim Qasımovun qohumu Nazpərinin 30 min dollarını qaytarmır
Yusif Nəzərli
13:45 13.10.2021
Şou
376
Xalq artisti Nazpəri Dostəliyeva Xalq artisti Alim Qasımovun qohumuna verdiyi borc pulu geri ala bilmir.
Axşam.az xəbər verir ki, N.Dostəliyeva pulu Alim Qasımovun əmisi oğlu Yusifə verib. Xalq artisti saytımıza açıqlamasında xəbəri təsdiqləyib.
Onun sözlərinə görə, illərdir bu məsələ öz həllini tapmır:
“Belə hadisədə Alim Qasımov kimi sənətkarın adının hallanmasını istəmirəm. Vicdanıma sığışdırmıram ki, Alim bəyin adı bu işdə hallansın. 10 ildən artıqdır pulu qaytarmır. Oturub gözləyirəm, görüm nə olacaq. Məhkəmə də oldu, amma yarımçıq qaldı, davamını gətirmədim.
Pulu Yusifə rəsmi formada, notariusdan çıxmış müqavilə ilə vermişdim. Müqavilə indi də əlimdədir. Haqsızlığı gördüm, məsələni bağlayıb qoydum kənara. Bu günə qədər bu barədə danışmamışam. Hələ də gözləyirəm ki, onlardan cavab çıxa”.
Müğənni verdiyi borcun məbləğini də açıqlayıb:
“Yusif məndən 30 min dollar alıb. Nəsə bizneslə əlaqədar iş görürdülər. Gəldi xahiş etdi, mən də verdim. İllərdir bir qəpik də qaytarmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət