Viktoriya və Devid Bekhemlərin qızı Nyu-Yorkda ictimaiyyət qarşısına çıxıb.
OLAY yazır ki, paparatsiyalar 14 yaşlı Harperi Manhettendə alış-veriş edərkən görüntüləyib. O, rəfiqəsi ilə birlikdə Sohoda bir neçə butikə baş çəkib.
Harper düşük Cins şalvar və krop geyinib. Sosial şəbəkələrdə diqqət çəkən məqam isə onun anası Viktoriyanın karyerasının zirvə dövründə tez-tez seçdiyi “2000-lər estetikası”na uyğun obrazı təkrarlaması olub.