Beril Pozam: “Heç vaxt evlənməyi düşünmürdüm”

Türkiyəli aktrisa Beril Pozam evliliklə bağlı səmimi açıqlamaları ilə gündəmə gəlib. O, əvvəlki illərdə evliliyi heç düşünmədiyini etiraf edib.

Sherg.az-ın məlumatına görə, Pozam bildirib ki, həyat yoldaşı Ersin Arıcı ilə münasibətindən sonra evliliyə baxışı tam dəyişib: “Evlilik mənə çox müsbət və xoş hisslər verdi. Ailə qurmağın dəyərini daha yaxşı anladım.”

Aktrisa evli olmağın gündəlik həyatda fərqli bir güvən və aidiyyət hissi yaratdığını da vurğulayıb: “Özümü daha güclü və ailə hissi ilə daha bağlı hiss edirəm. Evliliyi çox müsbət və xoşbəxt bir institut kimi görürəm.”