8 illik sonra “Beraber Söylüyoruz” konsepti ilə biletlə keçirilən konsertlərə qayıdan Ebru Gündeş indi də müxtəlif ölkələrdə musiqisevərlərlə görüşməyə hazırlaşır.
OLAY yazır ki, Ebru Gündeş 2027-ci ildə dünya turuna çıxmağı planlaşdırır. Məşhur sənətçi yanvar ayından etibarən üç fərqli qitədə yerləşən 9 ölkədə mahnılarını səsləndirəcək.
13 şəhəri əhatə edəcək tur çərçivəsində Gündeşin 100 minə yaxın musiqisevərlə görüşəcəyi gözlənilir. Konsert tarixləri yaxın günlərdə açıqlanacaq.