Keçmiş həyat yoldaşı Britni Spirsin toyunda dava saldı - Foto
08:16 10.06.2022
Şou
576
Ötən gün məşhur müğənni Britni Spirslə nişanlısı Sem Askerinin toyu baş tutub.
Axşam.az xəbər verir ki, mərasim ifaçının Kaliforniyadakı villasının həyətində baş tutub. Toyda yalnız dəvət alan 100 nəfər qonaq iştirak edib. Gecəyə Britninin bacısı, valideynləri, həmçinin oğulları Şon və Ceyden qatılmayıb.
Mərasimdə yaşanan maraqlı məqam isə burada Britninin keçmiş həyat yoldaşının iştirak etmək istəməsi olub. "TMZ" nəşrinin məlumatına görə, sənətçinin birinci əri Ceyson Aleksandr mühafizə tərəfindən oradan uzaqlaşdırılmağa çalışılsa da o, müqavimət göstərib. Ceyson toyu dağıtmaq üçün ora qəsdən gəldiyini də etiraf edib.
Bu səbəbdən mühafizəçilər onun qollarını bükərək yerə səriblər. Hadisə yerinə gələn polis isə onu həbs edib. Məlum olub ki, Ceyson barəsində başqa bir ştatda həbs qərarı verilib.
Müğənninin vəkili toyu pozmağa cəhd edən Ceysondan şikayətçi olacaqlarını bildirib.
Qeyd edək ki, Britni ilə Ceyson 2004-cü ildə Las-Veqasda evləniblər. İkilinin boşanması toydan 55 saat sonra baş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi