Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq

Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer Tatlıtuğ ikinci övladlarını qarşılamağa hazırlaşırlar.

Sherg.az xəbər verir ki, Habertürkün məlumatına əsasən, Başak Dizer Tatlıtuğ beş aylıq hamilədir. Cütlüyün qız övladı gözlədiyi bildirilir.

Kıvanç Tatlıtuğ və stil məsləhətçisi Başak Dizer 2016-cı ildə Parisdə ailə qurublar. Onlar 2022-ci ildə dünyaya gələn oğulları Kurt Efedən sonra ikinci dəfə valideyn olmağa hazırlaşırlar.