Könül Kərimova Rövşanəyə sərt cavab verdi: "Bu qədər ucuz reytinq arxasınca qaçmaq..."
İsmayıl Qocayev
09:49 01.10.2019
Şou
1320
Tanınmışların, müğənnilərin plastik əməliyyatlar vasitəsilə diqqət çəkəcək qədər dəyişməsi sosial mediada müzakirə olunduğu kimi, efir məkanlarında da bu müzakirələrin şahidi oluruq. Xüsusilə də texnologiyanın bu qədər inkişaf etdiyi bir dönəmdə sənət adamlarının paylaşımlar edərkən fotoşopdan və digər vasitələrdən istifadəsi birmənalı qarşılanmır. Hər zaman tənqidləri ilə diqqət çəkən aparıcı Rövşanə Ağasəfqızı "Səhər-səhər" verilişində bu dəfə Əməkdar artist Könül Kərimovanın bostanını daşsız qoymayıb. Təqdim etdiyi süjetdə Könül Kərimovanın fotosessiyasını müzakirə edib. Aparıcı müğənninin fotoşopdan istifadə etməsini ələ salıb: "Yaraşıqlı xanımdır, ətli-canlı olmasının marağı var. Şəkildə açıq-aşkar görünür ki, fotoşopdan qapı da əyilib. Qəşəng ifaçıdır, amma fotoşop nəyə lazımdır?".
Rövşanənin müğənnini lağa qoyması sosial şəbəkələrdə də müzakirəsiz ötüşmədi. Əməkdar artistlə əlaqə yaratdıq. Könül Kərimova efirdən onun şəklini lağa qoyan aparıcıya «Şərq» vasitəsilə belə cavab verib: «İnanın səmimiyyətimə ki, bu mövzuda danışmağı sənətimə yaraşdırmıram. Mən bilmirəm bununla kimlər nə əldə etməyə çalışır? Çox mənasız və məntiqsiz bir yanaşma, lazımsız bir süjet idi. Efir məkanı heç kimin şəxsi tribunası ola bilməz.
Televiziya maarifləndirməli, tərbiyələndirməli, məlumatlandırmalıdır. Çox təəssüf ki, bizim efirlərin əksəriyyətində bu amillərin heç biri vacib sayılmır. Bəzi efir insanları üçün vacib olan efirdən kiminsə adını çəkib onu tənqid, təhqir etməklə reytinq əldə etməkdir. Bu qədər ucuz reytinq arxasınca qaçmaq o xanımın ən azı elmi dərəcə adına layiq deyil. Bunu ona yaraşdırmıram. Nə qazandı? Əldə etdiyi bir günlük reytinqdən başqa nə ola bilər? Mənim sənətim göz önündədir. Niyə sənətimdən danışıb onu müzakirə etmirsiz. Qaldı üzümdə, bədənimdə olan plastik müdaxilələr məsələsinə, səhnə insanıyam. Hər bir sənətçi səhnədə formada olduğu qədər gözəl görünməyə maraqlı olur. Bu gün təkcə müğənnilər plastik müdaxilələrə ehtiyac duymur. Ev xanımları bu gün səhnədəki tanınmışlardan daha çox plastik əməliyyatlar edir. Bunu siz də bilirsiz, insanlar da görür. Gedin plastik əməliyyat edən həkimlərin qəbuluna, görün adi xanımlar nə qədərdir?
Əgər bu gün tibb sahəsi inkişaf edibsə, insanlar görünüşlərini bir qədər də gözəl göstərmək imkanına malikdilərsə, niyə bundan istifadə olunmasın? Bu söhbətləri efirdə bu qədər ucuz şəkildə müzakirə etmək nə jurnalistikadır, nə də televiziyaçı olmaq. Mən müğənniyəm, oxuyuram. Efirdə olanlar da efir məkanına uyğun hərəkət etsinlər. Ayıbdı. Vallah etdikləri peşəkarlıq deyil. Bundan artıq bu barədə danışmağa ehtiyac görmürəm».
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq