Hollivud ulduzu Leonardo DiKaprio sevgilisi, italiyalı model Vittoria Çeretti ilə ABŞ-nin Nyu-York şəhərində velosiped sürərkən kameralara tuş gəlib.
Sherg.az xəbər verir ki, 51 yaşlı "Oskar" mükafatlı aktyor üç ildir münasibətdə olduğu 28 yaşlı Vittoria Çeretti ilə şəhər velosipedlərini icarəyə götürərək gəzintiyə çıxıb.
DiKaprio hər zamankı kimi şapka, gün eynəyi və maska ilə görünüşünü gizlətməyə çalışsa da, isti hava səbəbindən bir müddət maskasını çənəsinə endirib. Gəzintidən sonra cütlük velosipedləri təhvil verib və musiqiçi Robin Tik ilə qısa söhbət edib.
Leonardo DiKaprio ilə Vittoria Çerettinin münasibəti 2023-cü ildə ictimaiyyətə məlum olub. Cütlük şəxsi həyatlarını əsasən mediadan uzaq saxlamağa üstünlük verir.