65 yaşlı məşhur aktyor və rejissor Eddi Mörfi Amerika Film İnstitutu tərəfindən “Dolby Theatre”da keçirilən mərasimdə mükafata layiq görülüb.
OLAY yazır ki, mükafat təqdimatından əvvəl aktyor həyat yoldaşı Peyc Batçer və on uşağından doqquzu ilə birlikdə kameralar qarşısına keçib.
“Bütün ailəmi, bütün övladlarımı, gözəl həyat yoldaşımı və birlikdə işlədiyim insanları görürəm, emosiyalarıma hakim ola bilmirəm. Bu, xüsusi bir andır. Çox kövrəlmişəm. İndi səhnə arxasına gedib bir az ağlayacağam”, - deyə aktyor bildirib.
Qeyd edək ki, Mörfinin uşaqları müxtəlif yaşlardadır — yeniyetmələrdən tutmuş yetkinlərə qədər. Ən böyüyü Erik 35, ən kiçiyi Maks isə 6 yaşındadır.