Nazpəri Dostəliyevadan ağır ittiham - VİDEO
12:34 09.04.2023
Şou
770
"Yaxşı olmağa çalışıram. Bu da Allahın bir imtahanıdır. Allah sevdiyi insanları imtahana çəkir. Görsün ki, onlar onun sevgisinə layiqdirlər... Düşünürəm ki, Allahın sevgisinə layiqəm ki, mənə bu imtahanları göstərdi və mən bu imtahanlardan alnıaçıq, üzüağ çıxa bilirəm. Çünki bu güc və bu qüvvə hər insanda olmur".
Sherg.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Günaydın Azərbaycan!" səhər şousunda deyib.
Ailə üzvlərini arda-arda itirən sənətçi bu acı ilə barışdığını və daha da möhkəm olduğu bildirib:
"Mənim bir tərəfim əzab, əziyyət üçün yaranıb, digər tərəfim isə sənət, səhnə, mədəniyyətimiz üçün yaranıb. Yəni əlli-əlliyə... Çox çətindir... Gərək bunu çiyinlərində daşıya biləsən".
Dostəliyevanın sözlərinə görə, dünyasını dəyişən bacısı Zeynəblə onun münasibətlərinin korlanmasına səbəb televiziya kanallarının birində çalışan şəxs olub:
"Televiziya kanallarının birində işləyən bir şəxs, kimliyini deməyəcəm, dünyasını dəyişən bacım Zeynəbə söyləyirdi ki, sənin yolunu kəsən, efirə buraxmayan öz bacın Nazpəridir. Belə insanlar çoxdur. O şəxslə üz-üzə gəlmişəm. Elə onun yanında zəng vurdum, amma o, qaçdı sözündən. Bacım Zeynəb əsəbiləşdi.
Dedim ki, məni bacım Zeynəbə qarşı doldurursan. Ayıb olsun, o şəxsə! İndi düzdür çıxıb kanaldan, işləmir. Sözlərimsə özünə çatacaq. Onun adını niyə çəkmirdim, çünki bacım dərhal onların sözlərinə inanırdı, pafoslu danışardı, əsəbi idi, bir sözlə özgəyə inanırdı.
Misal üçün o şəxs yox, lap yüz min adam o sözləri mənə desəydi "Bir kəlimə deyərdim ki, o, mənim bacımdır. Sizə inanmıram". Bacım Zeynəb tez-tez söyləyərdi ki, əti dırnaqdan ayırmaq olmaz. O insan bu gün də yaşayır. Onu bağışlayıram, amma onu olduğu kimi tanıyıram. Hər görüşümdə onu utandırıram, başını qaldıra bilmir. Bu gün də elədir. Hansısa məclisə mən gələndə, o qaçıb gedir".
Proqramın gedişatında verilişin aparıcısı Xoşqədəm Hidayətqızının "Bacınız Zeynəblə aranızda yaşanan bu məsələlərdən sonra necə barışdınız?" sualına Nazpəri belə cavab verib:
"Bağda uşaqların ad günü idi. Dedim ki, bacı, gəl bizə. Söylədi ki, gəlməyəcəyəm. Cavab olaraq dedim ki, mən balaca bacınam, haqsız yerə incimisən, gəl, izah edim sənə bu məsələni. O gəldi, biz oturub danışdıq, qucaqlaşdıq, ağladıq.
Zeynəb söylədi ki, gör necə kar və kor olmuşam ki, kimlərinsə sözünə inanıb bu cür bacımın ürəyini qırmışam. Söylədim ki, canım da sənə qurbandır. Hər şeyi qoyuram bir kənara. Bir şeyi bilmək lazımdır ki, biz bir atanın və bir ananın övladlarıyıq.
Səndən də mənə çox sözlər deyirdilər. Amma mənim bir cavabım vardı "Zeynəb mənim bacımdır. Hətta belə bir iş olsa belə, ona icazə verirəm, danışsın, amma sənə yox". Zeynəb hər sözə inanan insan idi".
Qeyd edək ki, Z.Dostəliyeva ötən ilin dekabr ayında resperator qrip virusuna yoluxub. Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilən sənətçinin qəfil vəziyyəti pisləşib. Böyrəkləri və qaraciyəri fəaliyyətini dayandırıb. Həkimlərin müdaxiləsinə baxmaraq, Zeynəb Dostəliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol