Türkiyəli tanınmış aktyor və müğənni Özcan Deniz oğlu Kuzeyin 8-ci yaş gününü xüsusi konseptlə qeyd edib.
Sherg.az xəbər verir ki, sənətçi 2023-cü ildə evləndiyi həyat yoldaşı Samar Dadgar ilə birlikdə övladları üçün “Ratatouille” mövzusunda ad günü mərasimi təşkil edib.
Qeyd edək ki, Özcan Deniz 2018-ci ildə Feyza Aktan ilə ailə qurmuş, həmin ilin aprel ayında oğlu Kuzey dünyaya gəlib və aktyor ilk dəfə ata olub.
Sosial şəbəkə hesabında mərasimdən görüntülər paylaşan sənətçi oğluna duyğusal mesaj ünvanlayıb. O, paylaşımında “Qəmzənə qurban olaram. Mutlu yaşlar, canım oğlum” sözlərini qeyd edib.
Ailəvi şəkildə keçirilən tədbir sosial mediada da izləyicilər tərəfindən maraqla qarşılanıb. Məlumat Habertürk tərəfindən yayılıb.