Pişik Günel taleyindən gileyləndi:“Toya bir neçə gün qalmış bəyi...”
Yusif Sultanoğlu
14:40 08.06.2021
Şou
935
Müğənni Günel Ələkbərova ( Pişik Günel) “Lent.az”a açıqlamasında həyatından danışıb.
“Sherg.az” xəbər verir ki, ilk eviliyindən bəhs edib:
“Hər bir xanımın arzusu gəlinlik geyinməkdir. Mənim də ən böyük xəyalım idi. Əvvəllər “Şarm”adlı proqram var idi. Orada müğənniləri bəzəyirdilər. Bir bölümdə gəlinlik geyinməli idim. Mən qəbul etmədim.
Çünki bir deyim var: Toydan əvvəl gəlinlik geyinənə, gəlinlik paltarı nəsib olmaz. Ona görə istəmədim. Özümdə görmədiyim arzularımı böyük ümidlə qızımın yaşamasını diləyirəm.
Qismət olmadı. Toya bir neçə gün qalmış bəyi qaçırdılar. Yaxşı ki belə olub. Bəzən arzular reallaşmayanda insan məyus olur. Zaman keçdikcə məsələhətlisinin belə olduğunu anlayır.
Ziyanın yarısından da dönmək yaxşıdır. Məndə nə varsa, hər şey ortadadır. Bəziləri kimi süni deyiləm. Olubsa, olduğunu deyərəm. Kinli olmamışam. Lakin haqqıma girənləri bağışlamıram. Qəlbim də çox yaralıdır.
Heç həmin şəxsi danışdırmadım, maraqlı deyil. Biz rəsmi nikahla evli idik. O da həbs olunmuşdu. Boşanmaq istəmirdi. Vəkilim həbsxanaya getdi.
Ona görə deyirəm ki, hər şərdə bir xeyir var. Özünün bir probleminə görə tutulmuşdu. Elə də yadımda deyil. Çoxdan olub. Xatırlayanda mənə gülməli gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol