Rəqsanə küsülü olduğu prodüserə başsağlığı verdi:"...Ayaqda durmalısan"
Yusif Sultanoğlu
09:31 26.07.2021
Şou
1030
Prodüser Təranə Səmədovanın anası İradə xanım dünyasını dəyişib. Onun uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkdiyi söylənilib.
T.Səmədovanın dostları sosial şəbəkələr vasitəsilə ona baş sağlığı verib. Lakin müğənni Rəqsanə İsmayılovanın paylaşımı diqqət çəkib.
Bir vaxt prodüserlə qalmaqal yaşayan ifaçı onun anası ilə bağlı paylaşım edib.
“Sherg.az” xəbər verir ki, R.İsmaylova İnstaqram hesabında bu sözləri yazıb:
“Həyatda övlad üçün yeganə əziz varlıq valideyndir. Deyirlər, uşaq atadan yox, anadan yetim qalır. Təranə ilə münasibətim olmasa da, İradə xalanı çox istəyirdim. Ondan heç zaman inciməmişəm. Çox yaxşı insan idi. Bilmirəm, nədən başlayım, sözüm nədə qurtarsın, donmuşam. Allah rəhmət etsin. İradə xala, məkanın cənnət olsun.
Təranəylə aramızda nə baş versə də, İradə xalaya, qızı Suelə toxunmadım. Onların adını hallandırmadım. Kiməsə sözüm varsa, özü haqda deyirəm. Baxmayaraq ki, Təranə həmişə mənim ailəmdən başlayıb. Köhnə məsələlərə qayıtmıram.
Allah Təranəyə səbr, dözüm versin. İradə xalanın həyatda olmamağı çox çətin olacaq. Sueldən başqa heç kimi yox idi. İradə xala onun arxa-dayağı idi. Mökəm ol, həyatla barışıb övladını böyütməlisən. Bu həyatda başın nələr çəkmədi... Suel üçün ayaqda durmalısan”.
Qeyd edək ki, T.Səmədova ilə R.İsmaylova bir vaxt birlikdə çalışıblar. Amma onlar qalmaqallı şəkildə ayrılıblar. Hətta T.Səmədova həbs olunanada R.İsmaylova onun özünə və ailəsinə etdiklərini açıqlayıb. Prodüserin qızı Aysun İsmaylovanın adına profil açıb, ona qarşı müxtəlif pisliklər etdiyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə
Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
12:50 01.07.2026
Sosial