Şəbnəmin köməkçisi sirləri açdı: “Familin saxladığı Vəfa Şərifovadır”
11:55 29.04.2021
Şou
1385
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun işində qalmaqallı məqamlar ortaya çıxıb. Cinayət işinin motivində daha bir tanınmış sənətçinin həyat yoldaşının adı çəkilib. Məlum olub ki, Alimpaşa Məmmədov icra başçısı olduğu rayonda baş plana uyğun olmayan qanunsuz tikililəri, yaşayış binalarını "Park Kolizey" MTK adlı tikinti şirkətinə tapşırıb.
İcra başçısının iş birliyi olduğu şirkət rəhbəri Famil Xəlilov (Veyis Xəlilov) isə tanınmış sənətçi Şəbnəm Tovuzlunun həyat yoldaşıdır.
Belə ki, Alimpaşa Məmmədov rayondakı bütün işləri bu tikinti şirkətinə tapşırırmış. Famil Xəlilov Şəmkir şəhərində "20 yanvar" abidəsinin ətrafında salınmış parkın ərazisini, torpaq sahəsini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul verib. Hansı ki, ilkin dindirilmə zamanı özü bunu etiraf edib. Bir sözlə cinayət əməlində və rüşvət qalmaqalında tanınmış sənətçi Şəbnəm Tovuzlunun həyat yoldaşının da adı hallanır.
"Sherg.az" xəbər verir ki, "bizim.media"ya özünü Şəbnəm Tovuzlunun köməkçisi kimi təqdim edən xanım məsələni eşidər-eşitməz əsəbləşdi:
"Şəbnəm Tovuzlunun Famil Xəlilov adda həyat yoldaşı yoxdur, ümumiyyətlə bu şəxslə yaxından-uzaqdan heç bir əlaqəsi də mövcud deyil"
Köməkçi xanım məsələdə sənətçinin adının hallanmasından narahatlığını ifadə edərək bildirdi ki, Şəbnəm xanım hazırda Moskvadadır, Bakıda deyil:
"Şəbnəm xanımın həyat yoldaşının nə Şəmkirlə əlaqəsi var, nə də icra başçısı ilə. Onun həyat yoldaşı tamamilə başqa bir insandır. Niyə siz bu şeylərə qarışırsız? Şəbnəm xanım Famil Xəlilovu tanımır. Mətbuat niyə bu adamı Şəbnəm xanımın həyat yoldaşı kimi təqdim edir? Böyük yalandır! Camaatın ailəsi və övladları var. Biz tanımırıq o adamı... Şəbnəm xanımın həyat yoldaşının adı Rafikdir. Şər-böhtan atıb, onu bu qədər insanın gözündən salmaq nəyə lazımdır? Məqsəd nədir? Bilmək istəyirsizsə, Familin həyat yoldaşının adı Elviradır. İki oğlu, bir qızı var. Saxladığı xanım isə Vəfa Şərifovadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət